Ərdoğan ikinci astronavtı Tuva Cihangir Atasever və ailəsi ilə görüşdü

R.T.Ərdoğan İspaniyaya yola düşməzdən əvvəl Esenboğa hava limanında Suborbital Araşdırma Missiyasını tamamlayan Türkiyənin ikinci astronavtı Tuva Cihangir Atasever və ailəsi ilə görüşüb

2152255
Ərdoğan ikinci astronavtı Tuva Cihangir Atasever və ailəsi ilə görüşdü

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Təşkilatının (UNRWA) Yaxın Şərq üzrə baş komissarı Filip Lazzarini qəbul edib.

  Paytaxt Ankaradakı Prezident İqamətgahındakı qəbulda xarici işlər naziri Hakan Fidan və bəzi digər rəsmilər də iştirak olub.

  R.T.Ərdoğan İspaniyaya yola düşməzdən əvvəl Esenboğa hava limanında Suborbital Araşdırma Missiyasını tamamlayan Türkiyənin ikinci astronavtı Tuva Cihangir Atasever və ailəsi ilə görüşüb.

  Ərdoğan Ataseverin suborbital tədqiqat missiyasının tamamlanmasından məmnunluğunu ifadə edərək Türkiyənin kosmos tədqiqatlarında daha da irəli getməsi üçün səylərini davam etdirəcəklərini bildirib. Türkiyə prezidenti Tuva Cihangiri uğuruna görə təbrik edərkən ailəsinə də dəstəklərinə görə təşəkkür edib.

 



Әlaqәli Xәbәrlәr