Eureka Qlobal İnnovasiya Sammiti

Türkiyə Sənaye və Texnologiya Nazirliyindən verilən məlumata görə ...

2152258
Eureka Qlobal İnnovasiya Sammiti

 

  “Eureka” Türkiyənin dövri sədrliyi çərçivəsində 13-14 iyun tarixlərində İstanbul Haliç Konqres Mərkəzində Qlobal İnnovasiya Sammiti keçirəcək.

  Türkiyə Sənaye və Texnologiya Nazirliyindən verilən məlumata görə, yaşıl və rəqəmsal transformasiya mövzularına diqqət yetirilən sammitdə tematik panellər və müxtəlif təqdimatlar olacaq.

  Sammit iştirakçılara tədqiqat və innovasiya sahəsində ən son tendensiyalar və ən yaxşı təcrübələrlə məşğul olmaq üçün hərtərəfli platforma təklif edəcək.

  “Eureka” çərçivəsində dəstəklənən uğurlu layihələrə Türkiyə Eureka İnnovasiya Mükafatları təqdim olunacaq.

  “Eureka”ya üzv 47 ölkədən 2000-dən çox yüksək səviyyəli iştirakçının, aparıcı şirkətlərin, innovasiya liderlərinin, sənaye qurumlarının, Kiçik və Orta Müəssisələrin (KOB) iştirak edəcəyi sammitdə bir çox ölkədən maraqlı tərəflər layihə tərəfdaşlığı yaratmaq və ikitərəfli görüşlər keçirmək fürsəti əldə edəcəklər.

  2023-2024-cü illərdə “Eureka” sədrliyi Türkiyə Elmi və Texniki Araşdırmalar Şurasının (TÜBİTAK) koordinasiyası ilə Türkiyə tərəfindən həyata keçirilir.



Әlaqәli Xәbәrlәr