Türkiyədən 2 universitet dünyada ilk 10-luqda

Böyük Britaniyada yerləşən beynəlxalq ali təhsil reytinq agentliyi olan "Times Higher Education (THE) World University Impact Rankings"ə görə ...

2152264
Türkiyədən 2 universitet dünyada ilk 10-luqda

 

  Türkiyədən 2 universitet dünyada ilk 10-luqda yer alıb.

  Böyük Britaniyada yerləşən beynəlxalq ali təhsil reytinq agentliyi olan "Times Higher Education (THE) World University Impact Rankings"də Türkiyədən İstanbul Texniki Universiteti (İTU) və Kayseridəki Abdullah Gül Universiteti üç fərqli kateqoriyada ilk 10-luqda yer alıb.

  2024-cü ildə THE 125 ölkə və regiondan ümumilikdə 2152 universiteti 4 sahə və 17 göstərici üzrə qiymətləndirib ki, bunlar tədqiqat, idarəetmə, sosial yardım və tədrislə bağlıdır.

  Sözügedən göstəricilərin üçündə Türkiyə universitetləri ilk 10-luğa daxil olub.

  İTÜ "Keyfiyyətli təhsil" (Erkən yaş və ömür boyu öyrənməyə töhfə və inklüziv təhsilə bağlılıq) kateqoriyasında 5-ci, Abdullah Gül Universiteti isə "Yoxsulluğa yox" (aclıq mövzusunda araşdırma, qida davamlılığı üzrə tədris, qida tullantılarının qarşısının alınması) kateqoriyasında 7-ci yeri tutub.

 



Әlaqәli Xәbәrlәr