Facebookda daha bir rüsvayçılıq

Sosial şəbəkə Facebook şirkəti, təxminən 14 milyon istifadəçisinin məxfilik parametrlərinin sistemdən qaynaqlanan  problem  səbəbiylə dəyişdiyini bildirib.

988803
Facebookda daha bir rüsvayçılıq

Şirkətin açıqlamasına görə yalnız dost və ya kiçik qruplar ilə əlaqə yaradan istifadəçilərin mesajları hər kəsə açıqdır.

Şirkətin məxfilik üzrə məsul üzvü Erin Eqan, sosial şəbəkə istifadəçilərindən 18-27 may tarixləri arasında paylaşımları  yoxlamalarını  tələb  eddərək  üzr istəyib.

Qeyd edək ki, Facebookun daha əvvəl də istifadəçi məlumatlarını reklam və data analiz firmalarıyla paylaşması mübahisə yaratdımşıd. Bu ilin aprelində 87 milyon istifadəçinin şəxsi məlumatının kənara ötürülməsi barədə yayılan informasiyadan sonra ABŞ parlamentinə çağırılan Facebook-un yaradıcısı Mark Zuxerberq məlumatın toplanması ilə kənar şirkətin - siyasi konsaltinq üzrə ixtisaslaşan Cambridge Analytica-nın məşğul olduğunu bildirmişdi.



Әlaqәli Xәbәrlәr