Türkiyədə yerli avtomobilin baş direktoru 11 mayda elan ediləcək

Türkiyədə yerli avtomobilin baş direktoru cümə (11 may) günü elan ediləcək.

966402
Türkiyədə yerli avtomobilin baş direktoru  11 mayda elan ediləcək

Türkiyədə yerli avtomobilin baş direktoru cümə (11 may) günü elan ediləcək.

Elm, Sənaye və Texnologiya naziri Faruk Özlü paytaxt Ankarada  təşkil edilən “6-cı Texnologiya İnkişafı Bölgələri” zirvə toplantısından sonra mətbuat konfransı keçirib.

Nazir Özlü yerli avtomobillə əlaqəli detalların nə zaman açıqlanacağına dair suala cavabən deyib: “Mayın 11-də yerli vaxtla saat 14.30-da Dövlət iqamətgahında keçiriləcək mərasimdə yerli marka avtomobillə əlaqəli şirkətin quruluş müqaviləsi açıqlanacaq. Həmin zamanda şirkətin baş direktoru da elan ediləcək. Yerli avtomobil layihəsində 5 şərik şirkətdən əlavə Türkiyə Ticarət Palatası da 5 faiz hissəyə malik olacaq. Bununla da yerli avtomobildə daha bir addım atılacaq.”



Әlaqәli Xәbәrlәr