Türk həkimlər xərçəng xəstələrinə ümid oldu

Almaniyada yaşayan Türk həkimlər prof. Uğur Şahin ilə həyat yoldaşı dr. Özləm Türəcinin xərçəng xəstəliyilə mübarizə üçün apardıqları araşdırma dünyanın yeni ümidi oldu.

903781
Türk həkimlər xərçəng xəstələrinə ümid oldu

Almaniyada yaşayan Türk həkimlər prof. Uğur Şahin ilə həyat yoldaşı dr. Özləm Türəcinin xərçəng xəstəliyilə mübarizə üçün apardıqları araşdırma dünyanın yeni ümidi oldu.

İki Türk həkim çox irəli səviyyədəki 13 xərçəng xəstəsində xəstəliyin metastazının qarşısını ciddi dərəcədə alıb.

Bir xəstədə xərçəng tamamilə yox olduqda, bir xəstədə şiş kiçilib, 2 xəstədə isə şişin böyüməsinin qarşısı alınıb.

Dr. Özləm Türəci müalicə etdikləri qara dəri xərçəngi 13 xəstədə bütün təkrarlanan və test məqsədli müalicələr və bütün dərmanlara baxmayaraq xərçəngin yenidən baş verdiyini bildirdi.

İki il müddətində bu xəstələri müalicə edərkən xərçəngin metastazının önəmli səviyyədə qarşısını aldıqlarını qeyd edən həkim əvvəl xəstənin  şiş gen xəritəsini çıxardıqlarını və şəxsə görə dərman hazırladıqlarını vurğuladı.

Hazırladıqları bu dərmanı xəstəyə vaksin kimi yeritdiklərini dilə gətirən Türəci “Bu vaksin xəstədə daha əvvəl gen xəritəsilə aşkarladığımız xərçəngin xüsusiyyətlərinə görə hazırlandığı üçün bu hüceyrələri tanıyır və bir dedektiv kimi hüceyrələri axtarır. Vaxtında bu hüceyrələri görməyib sabit olan immunitet sistemini hərəkətə gətirir və xərçəng hüceyrələrini tanıyıb, hücum edərək məhv edir. Bu müalicə həmin zamanda immunitet sistemini hərəkətə gətirir və xərçəng hüceyrələrini tanıyaraq öldürür. Bu müalicə həmin zamanda immunitet sistemini yaddaşda saxlayır. İllər sonra bu hüceyrələrin metastazı qarşısında immunitet sistemi dərhal hərəkətə gəlib bu hüceyrələrə qarşı hücuma keçir, onları vaxtında məhv edir.” deyə bildirdi.

Qeyd edək ki, Mainz universiteti klinikasında araşdırmalarını davam etdirən prof. Uğur şahin və dr. Özləm Türəci ABŞ Onkologiya Vəqfi, Almaniya Təlim və Araşdırma Nazirliyi mükafatları başda olmaqla 8 mükafata layiq görülüblər.



Әlaqәli Xәbәrlәr