Türkiyə qaraciyər nəqlində öndə gedir

Türkiyədə keçən il 1391 qaraciyər nəqli əməliyyatı həyata keçirilib və bunların içində üç əməliyyat canlı donordan alınan qaraciyərlərlə həyata keçirilib.

740021
Türkiyə qaraciyər nəqlində öndə gedir

Çexiyanın paytaxtı Praqada təşkil olunan Ümumdünya Qaraciyər Nəqli Konqresində səsləndirilən rəqəmlərə görə, Türkiyədə keçən il 1391 qaraciyər nəqli əməliyyatı həyata keçirilib və bunların içində üç əməliyyat canlı donordan alına qaraciyərlə həyata keçirilib.

Beynəlxalq Qaraciyər Nəqli Dərnəyinin İdarə Heyətinin üzvü prof. Yaman Tokat Anadolu Agentliyinə verdiyi müsahibədə konqesdə ABŞ, İtaliya, İspaniya, Fransa, Meksika, Hindistan, Çin, Almaniya və Cənubi Koreya və başqa ölkələedən mütəxəssislərin iştirak etdiyini bildirdi.

Dünyanın ən böyük qaraciyər nəqli konqresinə Türkiyənin geniş heyətlə qatılmasının əhəmiyyətinə toxunan Tokat qaraciyər nəqlində Türkiyə və Hindistanın qabaqcıl roluna diqqət çəkdi.

Tokat:" Bu iki ölkə dünya səviyyəsində qaraciyər nəqli əməliyyatları sayının ən çox olduğu ölkələrdir. Bu səbəbdən konqresdəki iştirakımız böyük əhəmiyyət kəsb edir"dedi.

Türkiyənin bu sahədəki uğurunun təəccüblə qarşılandığını qeyd edən Yaman Tokat:" Dünya bu faktı çətin qəbul edir. Türkiyəli elm adamları həm beynəlxalq dərnəklərin, konqreslərin iadarə heyətində yer alırlar, həm də elmi platformalarda yüksək səviyyədə təmsil olunurlar" deyə danışdı.

Professor Tokat Türkiyədə qaraciyər nəqli əməliyyatlarının bütün dünya ölkələri ilə eyni zamanda başladığına diqqət çəkərək: " Türkiyə bu sahədə dünyadan bir şey öyrənmədi, onlarla bərabər addımladı. İndi isə onlar bizdən öyrənirlər" dedi.

 

 

 

 



Әlaqәli Xәbәrlәr