Chimborazo vulkanı Yer kürəsinin mərkəzinə ən uzaq olan nöqtədir

Ekvadordakı 6 min 268 metr hündürlüyü olan Chimborazo vulkanının Yer kürəsinin mərkəzinə ən uzaq nöqtə olduğu müəyyən edildi.

467063
Chimborazo vulkanı Yer kürəsinin mərkəzinə ən uzaq olan nöqtədir

İspaniyada dərc olunan El Pais qəzetinin ölkədə geofizika sahəsində bir qrup fransız alimi​ tərəfindən aparılan tədqiqatlara əsaslanaraq verdiyi xəbərə görə, vulkan 6 min 384,416 kilometrlik məsafə ilə Everest dağını belə geridə qoyur.

Çünki Dünyanın ən yüksək dağı Everestin (8 min 848 metr) Yer kürəsinin mərkəzinə olan məsafəsi 6 min 382 kilometrdir.

Buna görə, Chimborazo vulkanı Everesti 1,8 kilometr fərqlə keçərək, Yer kürəsinin mərkəzinə ən uzaq olan nöqtə olaraq qeydiyyata alındı.

Bu rekord Yüer Kürəsinin səthindəki fərqliliklərdən irəli gəlir.



Әlaqәli Xәbәrlәr