İnsan beyni üstündür, yoxsa Bilgisayar?

Yeni istehsal olunan bilgisayar sistemli texnologiyalar gün keçdikcə daha da inkişaf edir. Bəs görəsən, bu bilgisayar inkişafı insan beynini ötə bilərmi?

446548
İnsan beyni üstündür, yoxsa Bilgisayar?

Alimlər bir neçə ildir ki, insan beyninin mürəkkəbliyini və qərar vermə funksiyalarının oxşarını süni bir cihazda yaratmaq üçün tədqiqatlar aparırlar. Biyoloqlar isə 90 milyard sinir hüceyrəsi və trilyonlarla sinir sisteminə malik olacaq süni insan beyni layihəsinə dəstək verdiklərini bildiriblər. Aparılan bu tədqiqatlar alimləri təəccüb içində qoyub. Onlar qeyd edib ki, adi bir insanın beyin hərəkətininin 1 saniyəsini təqlit etmək üçün 82.000 bilgisayar prosessorunun gücünə ehtiyac var. Bu nəticəyə əsasən insan beyninin həyata keçirdiyi əməliyyatları yığmaq, sıralamaq və yerinə yetirmək üçün 1 petabaytlıq (1.000 terabayt ) enerji lazımdır.

Tədqiqatlar bizə sübut edir ki, indiki vəziyyətdə insan beyni: dil qabiliyyəti, kreativ düşünmə, hadisələrə fərqli emosiya göstərmək qabiliyyəti ilə bilgisayar sistemlərinin qat-qat üstündədir. Bilgisayarın sürətli təsvir skanlama sistemləri hər nə qədər inkişaf etsə də, insan beyni səviyyəsinə çata bilmir. Yəni başa düşüləcək bir dildə desək, müasir bilgisayar sistemləri iməkləyən uşaq, insan beyni isə həyatını davam etdirən cavan insan kimidir.

Texnologiyanın nə qədər inkişaf edəcəyi hələ də sual altındadır. Lakin bildiyimiz bir şey var ki, gələcək 100 ildə bilgisayarlar insan beyni ilə yarışacaq qədər mükəmməl ola bilməyəcək.



Әlaqәli Xәbәrlәr