Zika virusunun yoluxma yolları ilǝ bağlı araşdırma aparılıb

ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi Zika virusunun cinsi yolla yoluxması ilə bağlı 14 mümkün halı barədə məlumatların araşdırıldığını bildirib.

438248
Zika virusunun yoluxma yolları ilǝ bağlı araşdırma aparılıb

Mǝrkǝzin mǝlumatına görǝ bu halların bir neçəsi hamilə qadınlarla bağlıdır.

İctimai səhiyyə orqanı, Zika virusunun cinsi yolla yayılması ilə bağlı yeni tövsiyələrin açıqlandığını qeyd edib.

Tövsiyə sənədi ABŞ-da ilk dəfə olaraq yoluxmuş ölkələrə səyahət etməyən bir şəxsdə Zika virusu aşkarlanandan sonra hazırlanıb. Bu hal yoluxmuş şəxslə cinsi əlaqə ilə bağlanılıb.

ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi virusun yayıldığı ərazilərə səyahət edən kişilərə lazımlı tǝdbirlǝri görmǝyi və ya hamiləlik dövründə cinsi əlaqədən imtina etmǝyi məsləhət görür.

Səhiyyə orqanı bildirib ki, qadınların cinsi əlaqədə olduğu şəxslərə virusu yoluxdurması ilə bağlı hələlik bir dəlil yoxdur, lakin bu məsələni anlamaq üçün daha çox tədqiqat lazımdır.



Әlaqәli Xәbәrlәr