Hollandiya küçələrində sürücüsüz mikroavtobus – WEpod

Sürücüsüz mikroavtobus dünyada ilk dəfə Niderland Krallığında xidmət göstərəcək.

434162
Hollandiya küçələrində sürücüsüz mikroavtobus – WEpod

Hollandiya istehsalı olan və 6 sərnişin daşıma qabiliyyətinə malik olan dünyanın ilk sürücüsüz mikroavtobusu istifadəsinə icazə verildikdən sonra şəhər ətrafında fəaliyyətinə başlayıb. WEpod layihəsi 2015-ci ilin iyun ayında “Delft Technical University” əməkdaşlarının iştirakı ilə baş tutub. Bu nəqliyyat vasitəsi layihəsinin əsas məqsədi Ede-Wageningen metro stansiyasi ilə Wageningen Universiteti arasındakı yollarda 6 km avtobus dayanacaqlarını keçərək lazımı yerlərə çatdırmaqdır.

Avtobusun hərəkət sistemi geniş miqyaslı xəritələr üzərində kameralar, radar və lazer sensorları ilə NVİDİA bilgisayarında irimiqyaslı məlumat alqoritmasının köməyi ilə hesablanaraq öz işini icra edir. WEpod avtobusları avtomatik açılan qapılar, 6 nəfərlik oturacaqlar və əlil arabasını avtobusa qaldıran qurğularla təchiz olunub. Mikro avtobusun maksimal gediş məsafəsi 100 km, sürəti isə saatda 40 km-dir. Avropada bu sürət saatda 25 km-ǝ endirilib.

Davam edən yoxlanışlarda avtobus 200 metr məsafəni 8 km/s sürət ilə problemsiz qəth edir. NVİDİA mühəndisləri bildirib ki, avtobusdakı hesablama alqoritması insan bacarığından daha mükəmməl işlər görə bilir. WEpod mikro avtobusları hərəkət zamanı canlı olaraq ətraf mühitə nəzarət edərək baş verəcək hər hansı bir qəzaya vaxtında müdaxilə edə biləcək qabiliyyətdədir.



Әlaqәli Xәbәrlәr