Klaviaturada yenə ən sürətlisi Türkiyə

Kompyuter Klaviatura Türk Milli Komandası Budapeştdən çempion olaraq dönüb.

385234
Klaviaturada yenə ən sürətlisi Türkiyə

Milli komanda iki qızıl və bir də bürünc medal qazanıb. NTERSTENO Beynəlxalq Məlumat Federasiyasından verilən məlumata görə 17-24 iyul tarixlərində Budapeştdə Dünya Kompuyuter Klaviatura Çempionatı keçirilib. Çempionata Türkiyədən 16 iştirakçı qatlıb. Kompyuter Klaviatura Türk Milli Komandası üç kateqoriya üzrə ən böyük yarış olaraq adlandırılan 30 dəqiqəlik "Dünya Xətasız Yazı Sürət Çempionatı" nda şagird kateqoriyasında Zəhra Taşkale, təcrübəli "kateqoriyasında isə Cəlal Aşkın dünya çempion olublar. Rəcəb Atəş isə şagirdlər kateqoriyasında Türkiyəyə bürünc medal qazandırıb. Açıqlamada fikirlərinə yer verilən INTERSTENO Beynəlxalq Məlumat Federasiyasının Türkiyə nümayəndəsi Seçkin Kosa Türk Milli Komandasının ilk dəfə Sten yarışında dünyada ikinci yerə sahib olduğunu bildirib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr