Kosmosda ən çox qalan qadın astronavt

Səmada ən çox qalan qadın astronavt rekordunu qıran italiyalı Samanta Kristoforetti (Samantha Cristoforetti) həmkarları amerikalı Teri (Terry) Virts və rusiyalı Anton Şkaplerovla Yer üzünə qayıdıblar.

302354
Kosmosda ən çox qalan qadın astronavt

  Qazaxıstandakı Baykonur Kosmos Mərkəzində sağlıq testlərindən keçən astronavtların vəziyyətinin yaxşı olduğu bildirilib.

  Səmada 199 gün qalan Samanta Kristoforetti kosmik raketin içində öz yeməyini və Espresso hazırlamasıyla da bir ilkə imza atıb. Doğum gününü də sonsuz ənginliklərdə keçirib.

  Samanta kosmosdan çəkdiyi Türkiyə fotoşəkilini "Mərhaba, Türkiyə. Ölkə qərbinin üzərindən gözəl bir keçid" qeydiylə fərdi Twitter hesabından paylaşıb.

  Xatırladaq ki, bundan əvvəlki rekord 194 günlə amerikalı astronavt Sunita Uilyamsa (Sunita Williams) məxsusdur. 


Etiketlәr:

Әlaqәli Xәbәrlәr