"Skype"dan yenilik

“Skype's Real-Time Translator” proqramı istifadəyə verilib

300350
"Skype"dan yenilik

“Skype's Real-Time Translator proqramı” video-çatları və ani mesajları dərhal tərcümə etmək üçün yeni imkanlar açır. Belə ki, artıq istifadəçilər ingilis, ispan, italyan və mandarin dillərinin tərcüməsini dəstəkləyən Skype translatorun ön versiyasını yükləmək üçün qeydiyyatdan keçməyəcək.
Yeni proqramda dərhal göndərilən ismarıclar üçün tərcümə dillərinin sayı 50-yə çatır və müraciətlər istifadəçinin seçdiyi dilə uyğun tərcümə olunur.
“Windows Store” vasitəsilə pulsuz olaraq yüklənilə bilən “Skype Translator” proqramı “Microsoft”un son versiyası ilə işləyən kompyuter və planşetlər üçün nəzərdə tutulub.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr