İnnoTrans beynəlxalq dəmiryolu sərgisi açılıb.

İnnoTrans beynəlxalq dəmiryolu sərgisinә Türkiyədən maraq böyükdür.

136608
 İnnoTrans beynəlxalq dəmiryolu sərgisi açılıb.

Berlində İnnoTrans beynəlxalq dəmiryolu sərgisi açılıb. Sərgiyə Türkiyədən də maraq böyükdür. Türkiyə Cümhuriyyəti Dövlət Dəmiryolları başda olmaqla çoxlu sayda Türk relsli sistemləri də sərgidə iştirak edir. Dövlət Dəmiryolları rəhbəri Süleyman Karaman beynəlxalq miqyasda rəqabət aparan belə bir sərgiyə qatılmağın vacib olduğunu bildirib. Xarici şirkətlərin də Türkiyədəki yenilikləri izlədiklərini söyləyən Karaman bu şirkətlərin Türkiyəyə sərmayə qoymaq istədiyini də vurğulayıb. 1996-cı ildən bəri hər iki ildən bir düzənlənən Beynəlxalq Dəmiryolları Texnologiyası, Sistemləri və Avadanlıqları Sərgisi InnoTransa bu il 55 ölkədən 2 min 758 firma qatılıb. Sentyabrın 26- dək açıq olacaq sərginin 130 minə yaxın insanın ziyarət edəcəyi ehtimal olunur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr