Ankara-İstanbul arası 3.5 saat

Türkiyənin iki böyük şəhərini yüksək sürəli qatarla birləşdirəcək olan Ankara-İstanbul Yüksək Sürətli Qatar, sabah Baş nazir tərəfindən rəsmi mərasimlə xidmətə açılacaq.

69689
Ankara-İstanbul arası 3.5 saat

Türkiyənin iki böyük şəhərini yüksək sürəli qatarla birləşdirəcək olan Ankara-İstanbul Yüksək Sürətli Qatar, sabah Baş nazir tərəfindən rəsmi mərasimlə xidmətə açılacaq.

Açılış mərasimi üçün ilk tədbir saat 14.30-da Əskişəhir Vağzalında keçiriləcək, Xəttin rəsmi açılışı isə saat 18.30-da İstanbul  Pendik Vağzalında mərasim təşkil ediləcək.

Cəmi 533 kilometrlik ANkara-İstanbul xəttinin 245 km-lik hissəsi 2009-cu ildə xidmətə açılmışdı.  Xəttin tamamilə açılması ilə iki şəhər arasındakı səyahət müddəti ilk mərhələdə 3.5 saata, qısa müddət sonra isə 3 saata düşəcək.

Ankara-İstanbul dəmir yolunda ilk mərhələdə 9 stansiya olacaq ve gündəlik qarşılıqlı 12 səfər reallaşacaq.

Xəttin xidmətə verilməsilə sərnişin nəqliyyatında 10 faiz olan dəmir yolu payının 78 faizə çıxması gözlənilir.  Ankara-İstanbul xəttində orta hesabla 7.5 milyon sərnişinə xidmət göstəriləcək.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr