İsrail qüvvələri İordan çayının qərb sahilinin bir sıra şəhərinə basqın edib

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin bir sıra şəhərinə basqın edib.

2143563
İsrail qüvvələri İordan çayının qərb sahilinin bir sıra şəhərinə basqın edib

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilinin bir sıra şəhərinə basqın edib. 
Fələstinin WAFA xəbər agentliyinin yaydığı məlumata görə, İsrail əsgərləri İordan çayının qərb sahilindəki El Halil, Əl-Bire, Ramallah və Tulkərim şəhərlərinə basqın etməyə davam edir.
İsrail qüvvələri Tulkərimin şəhərinin şimalındakı Kaffin qəsəbəsinə basqın zamanı fələstinlilərə həqiqi güllələr və gözyaşardıcı qazla müdaxilə edib. Qəlpələrdən yaralanan 49 yaşlı qadın xəstəxanaya aparılıb.
Ramallahın Bitunya qəsəbəsindəki iki evə edilən basqın nəticəsində isə iki gənc saxlanılıb.
Əl-Birenin Et-Tavil dağı bölgəsi və El Halilin Əl-Hiriyyə vadisi bölgəsinə də  basqın edilib. 
İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı hücumlarında artım müşahidə olunub. 2023-cü il oktyabrın 7-dən etibarən edilən basqınlar nəticəsində 518 fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr