Avropa İttifaqı Rusiyaya 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəldi

Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen də mövzu ilə bağlı paylaşımında bildirib ...

2154484
Avropa İttifaqı Rusiyaya 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəldi

 

  Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı mayeləşdirilmiş təbii qazın (LNG) təkrar ixracına qadağa da daxil olmaqla 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.

  Aİ-nin müvəqqəti sədri olan Belçikanın rəsmi sosial media hesabındakı paylaşımda yeni sanksiya qərarlarının Rusiyanın Ukraynaya təcavüzünə reaksiya olaraq qəbul edildiyi vurğulanıb.

  Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen də mövzu ilə bağlı paylaşımında bildirib: “Yeni sanksiyalar paketi Rusiyanın mühüm texnologiyalara çıxışının qarşısını daha da alacaq, enerji gəlirlərini azaldacaq, kölgə donanması və kölgə bank şəbəkəsi ilə mübarizə aparacaq”.

  Hələlik tam təfərrüatları açıqlanmayan yeni sanksiyalarla Aİ ilk dəfə olaraq Rusiyanın LNG-yə qarşı məhdudlaşdırıcı tədbirlər görəcək.

  Sanksiyalar Rusiyanın Aİ-yə LNG ixracatının əksəriyyətinə təsir etməyəcək, lakin ittifaq limanlarına Rusiya LNG-ni yenidən satmağı qadağan ediləcək.



Әlaqәli Xәbәrlәr