BMT Qəzzadakı humanitar vəziyyətlə bağlı xəbərdarlıq etdi

BMT-nin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında Qəzzadakı son vəziyyətlə bağlı məlumat verib.

2143573
BMT Qəzzadakı humanitar vəziyyətlə bağlı xəbərdarlıq etdi

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzzaya böyük miqdarda humanitar yardımın daxil olmayacağı təqdirdə ciddi qıtlığın yaşanacağı ilə bağlı xəbərdarlıq edib.

BMT-nin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında Qəzzadakı son vəziyyətlə bağlı məlumat verib.

Rəfah sərhəd-buraxılış məntəqəsinin bağlanması və Kerem Əbu Səlim sərhəd-buraxılış məntəqəsinin məhdud şəkildə xidmət göstərməsi səbəbindən Qəzzaya məhdud miqdarda humanitar yardımın daxil olduğunu ifadə edən Stefan Dujarrik Dünya Ərzaq Proqramının (WFP) Qəzzanın cənubunda ərzaq paylanmasının mümkün olmadığını açıqladığını qeyd edib.

Stefan Dujarrik həmçinin bölgədəki bir çox xəstəxananın lazımi miqdarda  yanacaq və dərmana malik olmadığını bildirib.

BMT-nin sözçüsü Qəzzaya böyük miqdarda humanitar yardımın daxil olmayacağı təqdirdə ciddi qıtlığın yaşanacağı ilə bağlı xəbərdarlıq edib.



Әlaqәli Xәbәrlәr