Putin Şimali Koreyadan Vyetnama keçdi

Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya rəsmi səfərindən sonra 19 iyun axşamı Vyetnama gedib

2154421
Putin Şimali Koreyadan Vyetnama keçdi

 

  Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya rəsmi səfərindən sonra 19 iyun axşamı Vyetnama gedib.

  V.Putin paytaxt Hanoyda ölkə prezidenti To Lam tərəfindən dövlət mərasimi ilə qarşılanıb.

  Görüşün mətbuata açıq hissəsindəki çıxışında Rusiya prezidenti deyib: "Vyetnamla hərtərəfli strateji tərəfdaşlığın gücləndirilməsi prioritetlərimiz arasındadır.

  İqtisadiyyat və ticarət sahəsində də əlaqələr yaxşılaşıb. Keçən il ikitərəfli ticarət həcmimiz 8 faiz artıb.

  Vyetnamla beynəlxalq koordinasiyada hərəkət edirik.

  Rusiya Vyetnamın aparıcı üzvlərindən biri olduğu Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ilə dialoqun inkişafına önəm verir.

  Vyetnam prezidenti də Rusiya ilə əlaqələrin inkişafına önəm verdiklərini vurğulayıb: “Unutmuruq ki, Rusiya xalqı bizim müstəqillik mübarizəmizdə, ölkəmizin quruculuğunda və hazırkı inkişaf mərhələsində bizə dəstək olub. Rusiyanı Vyetnamın xarici siyasətinin prioritetlərindən biri kimi görürük. Vladimir Putinlə iki ölkənin strateji tərəfdaşlığının dərinləşdirilməsini müzakirə edirik”.



Әlaqәli Xәbәrlәr