Sudanda yaxınlaşan aclıq

BMT Sudan üzrə Beynəlxalq Müstəqil Fakt Araşdırma Missiyasının rəhbəri Məhəmməd Çande Osman BMT İnsan Haqları Şurasının 56-cı Sessiyası çərçivəsində Sudanla bağlı qiymətləndirmələr edərək deyib ...

2154246
Sudanda yaxınlaşan aclıq

 

  Vətəndaş müharibəsinin davam etdiyi Sudanda 18 milyon adam kəskin aclıqla üzləşib.

  Birləşmiş Millətlər Təşkilatının Sudan üzrə Beynəlxalq Müstəqil Fakt Araşdırma Missiyasının rəhbəri Məhəmməd Çande Osman BMT İnsan Haqları Şurasının 56-cı Sessiyası çərçivəsində Sudanla bağlı qiymətləndirmələr edərək deyib: “Sudan ordusu ilə Çevik Dəstək Qüvvələri arasında ölümcül qarşıdurmalar 2023-cü ilin 15 aprelindən bu yana aramsız olaraq davam edir.

  Ölkədə səhiyyə müəssisələri hücuma məruz qalıb, təxminən 9 milyon insan məcburi köçkün olub, 1,8 milyondan çox adam isə qonşu ölkələrə qaçıb.

  Sudanda yaxınlaşan aclıq ilə təxminən 18 milyon adam kəskin aclıqla üz-üzədir. Aralarında uşaqlar və hamilə qadınlar da olmaqla ən az 5 milyon mülki insan aclıq riski ilə qarşı-qarşıyadır.

  BMT-nin Sudanda 2024-cü ildə başladığı Təcili Yardım Planının yalnız 16 faizi maliyyələşib. Bu, lazımi yardımı təmin etmək üçün yetərli deyil”.



Әlaqәli Xәbәrlәr