Qəzza zolağında ölən fələstinlilərin sayı artmaqda davam edir

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində  həlak olan fələstinlilərin sayı 18 800-ə yüksəlib.

2077370
Qəzza zolağında ölən fələstinlilərin sayı artmaqda davam edir

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlar nəticəsində  həlak olan fələstinlilərin sayı 18 800-ə yüksəlib.
Bu barədə Qəzza hökumətinin Media Ofisindən verilən bəyanatda bildirilib.
Bəyanata görə, bu günə qədər hücumlarda ölənlərin sayı 8 mini uşaq, 6 min 200-ü də qadın olmaqla 18 800-ə yüksəlib.
Ölənlər arasında 300 tibb işçisi, 32 mülki müdafiə əməkdaşı və 89 jurnalist var.
Yaralıların sayının 51 minə yüksəldiyi bildirilib.
Hücumlar zamanı 126 dövlət binası dağıdılıb, 90 məktəb və universitet yararsız hala düşüb, 282 məktəb və universitet qismən dağılıb, 112 məscid tamamilə dağıdılıb, 200-ü  də qismən dağıdılıb, 52 min 500 mənzil  tamamilə dağıdılıb. Qəzza zolağında 22 xəstəxana və 53 sağlamlıq mərkəzi fəaliyyətini dayandırıb, 102 təcili yardım maşınına ziyan dəyib, 327 min insan yoluxucu xəstəliyə tutulub.
Xatırladaq ki, ''Həmas''ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-də İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçdiyini açıqlayıb.
İsrail ordusu da buna cavab olaraq  döyüş təyyarələri ilə Qəzza zolağına qarşı ''Dəmir Qılınclar'' əməliyyatına başladığını açıqlayıb.



Әlaqәli Xәbәrlәr