Entoni Blinken Qəzzadakı vəziyyəti qiymətləndirib

Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Vaşinqtonda keçirdikləri görüşdən sonra birgə mətbuat konfransında çıxış ediblər.

2073997
Entoni Blinken Qəzzadakı vəziyyəti qiymətləndirib

ABŞ dövlət katibi Entoni Blinken deyib: "İsrailin Qəzzada mülki vətəndaşları qorumaqla bağlı niyyəti ilə bölgədəki vəziyyət arasında fərq var". 
Entoni Blinken bildirib ki, İsrail mülki vətəndaşların qorunmasına önəm verməlidir.
Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Vaşinqtonda keçirdikləri görüşdən sonra birgə mətbuat konfransında çıxış ediblər.
İsrailin Qəzzanın cənubundakı "kampaniyası"ndan təxminən bir həftə keçdiyini qeyd edən Entoni Blinken İsrailin mülki əhalinin qorunmasına və humanitar yardımların artırılmasına əhəmiyyət verməsi lazım olduğunu vurğulayıb.
Entoni Blinken bildirib ki, təhlükəsiz zonalar və kommunikasiyanın yaxşılaşdırılmasına diqqət yetirilməli, insanlar hansı bölgənin təhlükəsiz olduğunu bilməlidirlər.
İsrail ilə ABŞ arasında yüksək səviyyəli dialoqun davam etdiyini bildirən Entoni Blinken deyib: "İsrailin Qəzzada mülki vətəndaşları qorumaqla bağlı  niyyəti ilə bölgədəki vəziyyət arasında fərq var".



Әlaqәli Xәbәrlәr