Fransa Qəzzaya əlavə yardım göndərəcəyini açıqlayıb

Noyabrın 9-da Qəzza ilə bağlı keçirilən Beynəlxalq Humanitar Konfransda qəbul edilən qərarların təqibi üçün Fransada toplantı keçirilib.

2073683
Fransa Qəzzaya əlavə yardım göndərəcəyini açıqlayıb

Fransa Qəzzaya 600 ton əlavə yardım göndərəcəyini açıqlayıb.
Noyabrın 9-da Qəzza ilə bağlı keçirilən Beynəlxalq Humanitar Konfransda qəbul edilən qərarların təqibi üçün Fransada toplantı keçirilib.
Videokonfrans yolu ilə keçirilən toplantıda Fransanın xarici işlər naziri Ketrin Kolonna, Avropa İttifaqı, Afrika İttifaqı, Birləşmiş Millətlər Təşkilatı (BMT), 50-dən çox ölkə və Qeyri-Hökumət Təşkilatlarının (QHT) nümayəndələri iştirak ediblər.
Fransa Xarici İşlər Nazirliyindən verilən açıqlamada Qəzzalıların epidemiya və aclıq riski altında olduğu bildirilib.
Açıqlamada Qəzzada dərman, su, qida və tibbi xidmətə çıxışda problemlərin olduğu qeyd edilib və bölgəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasının vacibliyi qeyd olunub.
Açıqlamada həmçinin bölgədə yeni keçid məntəqələrinin açılmasının vacibliyi vurğulanıb və humanitar yardıma nəzarətin sürətləndirilməsi tələb edilib.
Açıqlamada Qəzzada fəaliyyət göstərən Ümumdünya Səhiyyə Təşkilatı üçün 2 milyon avro əlavə maliyyə təmin ediləcəyi, Fransanın dəniz yolu ilə Qəzzəyə 600 ton əlavə humanitar yardım göndərəcəyi bildirilib.



Әlaqәli Xәbәrlәr