İsrailin hücumları nəticəsində həlak olanların sayı 14854 nəfərə çatıb

Oktyabrın 7-dən İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağında həlak olanların sayı artır.

2068203
İsrailin hücumları nəticəsində həlak olanların sayı 14854 nəfərə çatıb

Oktyabrın 7-dən İsrailin intensiv hücumlarına məruz qalan Qəzza zolağında həlak olanların sayı artır.
İsrailin 48 gündür Qəzzaya endirdiyi zərbələr nəticəsində həyatını itirənlərin sayı 14854 nəfərə çatıb.
Bu barədə Qəzzadakı hökumətin media ofisindən verilən məlumatda bildirilib.
Məlumata əsasən, İsrailin oktyabrın 7-dən bəri Qəzzaya endirdiyi zərbələr nəticəsində  6150-dən çoxu uşaq, 4 mindən çoxu qadın olmaqla 14 854 adam həyatını itirib.
Hücumlarda yaralananların sayı 36 mini keçib ki, onların da 75 faizi qadın və uşaqdır.
İsrail Qəzzadakı fələstinli ailələrə qarşı 1400-dən çox hücum həyata keçirib.
Bəyanatda həmçinin İsrailin hücumları zamanı 4700-ü qadın və uşaq olmaqla 7000 adamın itkin düşdüyü, cəsədlərinin dağıdılmış binaların dağıntıları altında və ya küçələrdə qaldığı bildirildi.

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.



Әlaqәli Xәbәrlәr