İsrail fələstinlilərin sığındığı məktəbi bombaladı

İsrail döyüş təyyarələrinin Qəzza zolağının şimalındakı Cibaliya qaçqın düşərgəsindəki Birləşmiş Millətlər Təşkilatının (BMT) məktəbinə təşkil etdiyi hava hücumunda 27 nəfər ölüb, 93 nəfər yaralanıb.

2068205
İsrail fələstinlilərin sığındığı məktəbi bombaladı

İsrail döyüş təyyarələrinin Qəzza zolağının şimalındakı Cibaliya qaçqın düşərgəsindəki Birləşmiş Millətlər Təşkilatının (BMT) məktəbinə təşkil etdiyi hava hücumunda 27 nəfər ölüb, 93 nəfər yaralanıb.
Fələstinin rəsmi WAFA xəbər agentliyinin yaydığı məlumata görə, İsrail döyüş təyyarələri Qəzzanın şimalındakı Cibaliya qaçqın düşərgəsindəki yüzlərlə fələstinlinin sığındığı BMT məktəbinə ağır zərbələr endirib.
Hücum nəticəsində 27 nəfər ölüb, azı 93 nəfər yaralanıb.
Hücumda hədəf alınan məktəbin Birləşmiş Millətlər Təşkilatının  Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) tabe olan Əbu Hüseyn məktəbi olduğu bildirilib.

Xatırladaq ki, ''Həmas''ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

İsrail oktyabrın 7-dən bu yana 310-dan çoxu əsgər olmaqla 1200-dən çox israillinin öldüyünü, 5132 nəfərin yaralandığını açıqlayıb. Qəzza zolağında baş verən qarşıdurmalarda 70 İsrail əsgəri də həlak olub. İsrailin məlumatına görə, Qəssam Briqadalarının əlində 239 israilli girov var.

Qəzzadakı hökumətin məlumatına görə, İsrailin oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda Qəzza zolağında 6150-dən çoxu uşaq və 4000-dən çoxu qadın olmaqla 14854 adam həlak olub.
Oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Qüdsdə İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 229 fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr