ÜST: "Qəzzadakı bombardmanlardan narahatıq"

Gebreyesus Qəzzada telefon xətlərinin kəsilməsi və güclü bombardmanlarla bağlı xəbərlərdən dərin narahat olduqlarını bildirib.

2060612
ÜST: "Qəzzadakı bombardmanlardan narahatıq"

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus Qəzzada telefon xətlərinin kəsilməsi və güclü bombardmanlarla bağlı xəbərlərdən dərin narahat olduqlarını bildirib.
Gebreyesus "X" sosial media platformasında İsrailin Qəzzaya hücumları və Qəzza zolağında telefon xətlərini kəsməsi ilə bağlı paylaşım edərək deyib:

"Qəzzada kommunikasiya xətlərinin yenidən kəsilməsi və güclü bombardmanlarla bağlı xəbərlərdən dərin narahatıq. Telefon xətlərində heç bir əlaqə olmadıqda, təcili tibbi yardıma ehtiyacı olan insanlar xəstəxanalara və təcili yardım maşınlarına çata bilmir". Gebreyesus qeyd edib ki, bütün kommunikasiya kanalları yenidən aktivləşdirilməlidir.

Xatırladaq ki, İsrail bir saatdan az müddətdə Qəzza şəhərinin müxtəlif bölgələrinə, o cümlədən Şifa xəstəxanasının ətrafına 100-dən çox hava zərbəsi endirib. Hücumlar Qəzzada bütün kommunikasiya və internet xidmətlərinin tamamilə sıradan çıxması ilə eyni vaxtda baş verib.



Әlaqәli Xәbәrlәr