Vladimir Putin Qəzzadakı xəstəxanaya edilən hücuma münasibt bildirib

Vladimir Putin Çinə səfəri çərçivəsində jurnalistlərin İsrailin Qəzza zolağındakı Əl-Əhli Baptist xəstəxanasına etdiyi hücum və Ukrayna məsələsi ilə bağlı suallarını cavablandırıb.

2052674
Vladimir Putin Qəzzadakı xəstəxanaya edilən hücuma münasibt bildirib

Rusiya prezidenti Vladimir Putin Qəzzadakı xəstəxanaya edilən hücumla bağlı deyib:"Faciə, dəhşətli hadisə və fəlakət. Humanitar statusa malik yerdə yüzlərlə insan yaralanıb, yüzlərlə insan həlak olub". 
Vladimir Putin Çinə səfəri çərçivəsində jurnalistlərin İsrailin Qəzza zolağındakı Əl-Əhli Baptist xəstəxanasına etdiyi hücum və Ukrayna məsələsi ilə bağlı suallarını cavablandırıb.
Vladimir Putin müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəklədiklərini vurğulayıb.
"Bizim prinsipial mövqeyimiz var və bunun bugünkü böhranla heç bir əlaqəsi yoxdur. Biz həmişə paytaxtı Şərqi Qüds olan müstəqil, suveren Fələstin dövlətinin yaradılmasının tərəfdarı olmuşuq",-deyə Rusiya prezidenti qeyd edib.
Qəzzadakı Əl-Əhli Baptist xəstəxanasına edilən hücumu qiymətləndirən Vladimir Putin deyib:"Faciə, dəhşətli hadisə və fəlakət. Humanitar statusa malik yerdə yüzlərlə insan yaralanıb, yüzlərlə insan həlak olub''.
İsrailin dünən gecə Qəzzadakı Əl-Əhli Baptist xəstəxanasına hücumu nəticəsində azı 500 fələstinli həyatını itirib.



Әlaqәli Xәbәrlәr