Vladimir Putin ''Rossia''  telekanalına müsahibə verib

Rusiya prezidenti Vladimir Putin Qərbin ölkəsinə müharibə elan edəcəyi təqdirdə bunun tamamilə fərqli müharibə olacağını bildirib.

2051099
Vladimir Putin ''Rossia''  telekanalına müsahibə verib

Rusiya prezidenti Vladimir Putin Qərbin ölkəsinə müharibə elan edəcəyi təqdirdə bunun tamamilə fərqli müharibə olacağını bildirib.
Vladimir Putin ''Rossia'' dövlət telekanalına müsahibə verib.
Ukraynanın “əks-hücum”u haqda danışan Vladimir Putin deyib: ''Əks-hücum tamamilə uğursuz oldu”.
Vladimir Putin bəyan edib ki, Rusiya hərbi birləşmələri təmas xətti boyunca mövqelərini gücləndirib.
Rusiya prezidenti Vladimir Putin Rusiya və Çinin yenidən hərbi blok yaratması iddiası ilə bağlı deyib: "Biz bunu dəfələrlə demişik. Biz belə bir hərbi-siyasi ittifaqda birləşmirik. Bunu amerikalılar edir. Üstəlik, müttəfiqlərini Rusiya və Çinlə münasibətlərini pisləşdirməyə məcbur edirlər".
ABŞ Konqresinin komissiyasının həm Rusiya, həm də Çinlə eyni vaxtda müharibəyə, o cümlədən nüvə qarşıdurması variantını nəzərə almaqla hazırlaşmaq tövsiyəsini şərh edən Vladimir Putin deyib:
“Biz sülh istəyirik və əgər onlar Rusiya ilə döyüşmək istəyirlərsə, bu, tamam başqa müharibə olacaq”


Etiketlәr: #Rusiya , #Çin , #Vladimir Putin

Әlaqәli Xәbәrlәr