İsrail qüvvәlәrinin İordan çayının qәrb sahilindә törәtdiyi hücumlarda 51 fələstinli ölüb

İsrail qüvvələri dünən işğal altındakı İordan çayının qərb sahilində 16 fələstinlini qətlə yetirib.

2050742
İsrail qüvvәlәrinin İordan çayının qәrb sahilindә törәtdiyi hücumlarda 51 fələstinli ölüb

İsrail qüvvələri dünən işğal altındakı İordan çayının qərb sahilində 16 fələstinlini qətlə yetirib. İordan çayının qərb sahilində oktyabrın 7-dən bu yana öldürülən fələstinlilərin sayı 51-ə yüksəlib.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada cümə günü İordan çayının qərb sahilinin müxtəlif bölgələrində İsrail ordusu tərəfindən öldürülən fələstinlilərin sayının 16-ya yüksəldiyi bildirilib.
Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamada İsrail qüvvələrinin müdaxilələri zamanı 97 nəfərin həqiqi güllə, 19 nəfərin isə rezin güllə ilə yaralandığı qeyd edilib.
Açıqlamada bildirilib ki, tibbi işçilər oktyabrın 7-dən indiyədək 953 yaralıya yardım edib.
İordan çayının qərb sahilinin bir çox bölgəsində Qəzza zolağına dəstək yürüşləri keçirilib.



Әlaqәli Xәbәrlәr