İsrail parlamenti "fövqəladə hökumət”in yaradılmasını təsdiqləyib

İsrail parlamenti (Knesset) Qəzza zolağında münaqişə boyu işləyəcək “fövqəladə hökumət”in yaradılmasını təsdiqləyib.

2050345
İsrail parlamenti "fövqəladə hökumət”in yaradılmasını təsdiqləyib

İsrail parlamenti (Knesset) Qəzza zolağında münaqişə boyu işləyəcək “fövqəladə hökumət”in yaradılmasını təsdiqləyib.

Parlamentin yazılı açıqlamasında "Qəzza zolağı ilə müharibə dövründə fəaliyyət göstərəcək fövqəladə vəziyyət hökuməti 64 deputatın dəstəyi, 4 əleyhinə səslə təsdiqləndi" deyilib.

Açıqlamada ana müxalifət lideri və keçmiş Baş nazir Yair Lapidin bu hökumətə qatılmadığı bildirilib.

Açıqlamada qeyd edilir ki, fövqəladə hökumət sazişi İsrail daxilində parçalanma və kütləvi etirazlara səbəb olan mübahisəli “məhkəmə islahatı” qanunvericiliyinin dondurulmasını da əhatə edir və “münaqişə dövründə münaqişənin özü ilə əlaqəsi olmayan hökumətin dəstəklədiyi heç bir qanun layihəsi və ya təklifl parlamentə təqdim olunmayacaq"

İsrailin dövlət televiziyası KAN-ın məlumatına görə, hökumət İsrailin Baş naziri Benyamin Netanyahu ilə müxalifət üzvlərindən Benni Qantz arasında imzalanan və Qantsın partiyasının (mavi-ağ) 5 üzvünün nazir vəzifəsini icra edəcəyi ilə bağlı sazişlə qurulub.

Keçmiş müdafiə naziri Qantz hazırkı müdafiə naziri Yoav Gallant və Baş nazir Netanyahunun da daxil olduğu kabinetə daha beş üzv qoşulub.

Xatırladaq ki, “Həmas”ın hərbi qanadı Qəssam Briqadaları oktyabrın 7-si gecəsi İsrailə qarşı “Əqsa tufanı” adlı hərtərəfli hücuma keçib. Qəzzadan İsrailə doğru minlərlə raket atılıb, silahlı qruplar bölgədəki yaşayış məntəqələrinə daxil olub. İsrail ordusu da döyüş təyyarələri ilə Qəzza zolağına qarşı “Dəmir qılınclar” əməliyyatına başlayıb.
Artan gərginlikdə hər iki tərəfdən yüzlərlə itki, minlərlə yaralı var.



Әlaqәli Xәbәrlәr