"Əqsa tufanı"ndan yeni görüntülər yayılıb

“Həmas”ın hərbi qanadı Qəssam Briqadaları İsrailə qarşı başladığı “Əqsa tufanı” adlı hərtərəfli hücumunundan yeni görüntülər yayımlayıb.

2047944
"Əqsa tufanı"ndan yeni görüntülər yayılıb

Qəzza zolağından İsrailə qarşı raket hücumlarını davam etdirən "Həmas"ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrail ərazisindən qurudan təşkil etdikləri "Əqsa tufanı"nın yeni görüntülərini paylaşıb.

İsrail ordusu "Əqsa tufanı" adlı əməliyyata qarşı döyüş rejiminə keçib. İsrail döyüş təyyarələri Qəzzanı güclü bombardman edib.

Beyt Hanun qəsəbəsində, Qəzzanın cənub və mərkəzi hissəsində dövlət qurumlarına məxsus evlər və binalar hədəfə alınıb. Hücumlarda 159 ev dağılıb, 1200-dən çox evə ziyan dəyib.

Qeyd edək ki, mühasirəyə alınan Qəzza zolağından başlayan hücumlardan sonra İsraildə müharibə vəziyyəti elan edilib.

İsrail Baş Nazirliyi Mətbuat Xidmətinin verdiyi məlumata görə, baş nazir Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant, Baş Qərargah rəisi Herzi Halevi, kəşfiyyat və təhlükəsizlik rəsmiləri fövqəladə iclas keçiriblər. Toplantıdan sonra ölkədə “Müharibə vəziyyəti” elan edilib və böyük hərbi əməliyyatlar təsdiqlənib.



Әlaqәli Xәbәrlәr