İsrail Qəzzaya aviazərbələr endirib

İsrail ordusu Həmasın mühasirə altında olan Qəzza zolağındakı bəzi obyektlərinə zərbələr endirib.

2041142
İsrail Qəzzaya aviazərbələr endirib

İsrail ordusu Həmasın mühasirə altında olan Qəzza zolağındakı bəzi obyektlərinə zərbələr endirib.
Sərhəd yaxınlığında keçirilən nümayişdən sonra İsrailə məxsus pilotsuz uçuş aparatları (PUA) Həmasın Qəzza şəhərinin şərqindəki Əz-Zeytun məhəlləsindəki obyektlərini hədəf alıb.
Hücum nəticəsində ölən və ya yaralananın olub-olmadığı barədə məlumat verilməyib.
İsrail ordusunun mətbuat xidmətindən verilən bəyanatda Həmasın Qəzza zolağındakı 3 hərbi obyektinə hücum edildiyi bildirilib.
PUA ilə həyata keçirilən hava hücumunda hədəf alınan obyektlərin  sərhədə yaxın bölgədə yerləşdiyi qeyd edilib.



Әlaqәli Xәbәrlәr