İsrail əsgərlərin açdığı atəş nəticəsində bir fələstinli ölüb

Nur Şəms qaçqınlar düşərgəsində İsrail hərbçilərinin açdığı atəş nəticəsində bir fələstinli həyatını itirib.

2033267
İsrail əsgərlərin açdığı atəş nəticəsində bir fələstinli ölüb

İşğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Tulkərim şəhərindəki Nur Şəms qaçqınlar düşərgəsində İsrail hərbçilərinin açdığı atəş nəticəsində bir fələstinli həyatını itirib.

Bölgədəki Sabit Sabit Xəstəxanasından bir səlahiyyətlinin verdiyi məlumata görə, Nur Şəms qaçqınlar düşərgəsində İsrail ordusunun gülləsindən yaralanan bir fələstinli həyatını itirib.

Digər tərəfdən, bölgədəki şahidlər düşərgəyə basqın edən İsrail qüvvələri ilə fələstinlilər arasında toqquşmaların baş verdiyini bildiriblər.

İsrail qüvvələri özləri ilə bölgəyə gətirdikləri tikinti texnikası ilə yolları qazıb və yol kənarında olan fələstinlilərə məxsus maşınlara ziyan vurub.

Hadisə ilə bağlı İsrail rəsmilərindən hələlik heç bir açıqlama verilməyib.



Әlaqәli Xәbәrlәr