Tripoliyə uçuşlar dayandırılıb

Liviyada fəaliyyət göstərən dövlət və özəl hava yolu şirkətləri dünən gecədən bəri davam edən qarşıdurmalar səbəbindən paytaxt Tripoliyə uçuşları dayandırıb.

2024927
Tripoliyə uçuşlar dayandırılıb

Liviyada fəaliyyət göstərən dövlət və özəl hava yolu şirkətləri dünən gecədən bəri davam edən qarşıdurmalar səbəbindən paytaxt Tripoliyə uçuşları dayandırıb.

Liviyanın dövlət hava yolu şirkəti "Afriqiyah Airways"dən verilən yazılı açıqlamada paytaxtdakı Beynəlxalq Mitiqa Hava Limanına uçuşların dayandırıldığı bildirilib.

Açıqlamada uçuşların Misrata hava limanından həyata keçiriləcəyi bildirilib. Qeyd olunub ki, Liviya Hava Yolları da Misrata uçuşlarını həyata keçirir.

Beynəlxalq Mitiga Hava Limanının direktoru Lütfi et-Tabib hava limanında fəaliyyətlərin davam etdiyini, lakin bəzi hava yolu şirkətlərinin ehtiyat tədbiri olaraq uçuşlarını Misrataya köçürdüyünü söyləyib.

Bildirilib ki, Benqazidən Tripoliyə uçuşlar da qarşıdurma səbəbindən dayandırılıb.

Avqustun 14-d əpaytaxtın bəzi yerlərində “Rada”, Liviya Prezident Şurasının sədrliyinə bağlı Cinayət və Terrorla Mübarizə İdarəsi ilə Milli Birlik Hökumətinə bağlı “444 Briqadası” arasında toqquşmalar baş verib.

Liviya hakimiyyəti bu gün paytaxtın cənubunda və Ayn Zara bölgələrində qarşıdurmaların davam etdiyini açıqlayıb.

Milli Birlik Hökumətindən və Prezident Şurasından münaqişələr və onların səbəbləri ilə bağlı heç bir açıqlama verilməyib.

Ölkə mediası isə qarşıdurmanın fitilinin “Rada”nın Cinayət və Terrorla Mübarizə Bölməsinin “444-cü briqada”nın komandiri Mahmud Həmzəni saxlaması ilə alovlandığını iddia edib.

Xatırladaq ki, mayın 28-də paytaxt Tripolidə tərəflər arasında qısamüddətli toqquşmalar olub.

“Rada” və “444-cü Briqada” ölkənin qərbində fəaliyyət göstərən ən güclü iki milis qruplaşması hesab olunur.

Liviyanın qərb bölgələrində fəaliyyət göstərən, xalq arasında milis mənasını verən “milişiyyat” kimi tanınan müstəqil silahlı qruplar arasında müxtəlif fasilələrlə toqquşmalar baş verir.

Fərqli geyimləri ilə tanınan bu silahlı qruplar kağız üzərində Prezident Şurası, Baş Nazirlik və Daxili İşlər Nazirliyinə bağlı olsalar da, müstəqil fəaliyyət göstərirlər.



Әlaqәli Xәbәrlәr