Antonio Quterreş Rusiyanın açıqlamasına münasibət bildirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres Qara dəniz Taxıl Sazişindən çıxan Rusiyanın 6 Afrika ölkəsinə pulsuz taxıl yardımı edəcəyini açıqlamasını qiymətləndirib.

2017173
Antonio Quterreş Rusiyanın açıqlamasına münasibət bildirib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterres Qara dəniz Taxıl Sazişindən çıxan Rusiyanın 6 Afrika ölkəsinə pulsuz taxıl yardımı edəcəyini açıqlamasını qiymətləndirib.
Antonio Quterreş BMT mənzil-qərargahında gündəmdəki aktual mövzularla bağlı jurnalistlərin suallarını cavablandırıb.
Rusiyanın taxıl dəhlizi sazişindən çıxmasına münasibət bildirən Antonio Quterreş deyib:
“Aydındır ki, milyonlarla ton taxılın bazardan çıxarılması, iqtisadi qanunlara görə, Ukrayna taxılının beynəlxalq bazara normal çıxışı ilə mövcud olandan daha yüksək qiymət artımı ilə nəticələnəcək”.

Antonio Quterreş bildirib ki, taxıl qiymətindəki bu artımın bədəlini hər kəs, xüsusilə inkişaf etməkdə olan ölkələrdəki orta gəlirli insanlar və hətta inkişaf etmiş ölkələrdəki müdafiəsiz insanlar ödəyəcək.
Baş katib Rusiyanın 6 Afrika ölkəsinə pulsuz taxıl yardımı edəcəyi ilə bağlı bəyanatına toxunaraq deyib:"Beləliklə, biz hər kəsə, hər yerdə təsir edən bu dramatik effekti bəzi ölkələrə bir ovuc ianə ilə düzəldə bilmərik''.

Rusiya prezidenti Vladimir Putin dünən Sankt-Peterburqda keçirilən Rusiya-Afrika Sammitinin açılışında Qərb ölkələrini Rusiyanın kənd təsərrüfatı məhsulları ixracına tətbiq etdiyi sanksiyalara görə ikiüzlülükdə ittiham edib.

“Yaxın 3-4 ay ərzində biz Burkina Faso, Zimbabve, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyaya 25-50 min ton taxılı ianə etməyə hazır olacağıq”,-deyə Vladimir Putin qeyd edib.



Әlaqәli Xәbәrlәr