Fransada polisin etirazçılara müdaxiləsi davam edir

Fransada gənc sürücünün polis tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşlarda polis gecə saatlarında etirazçılara müdaxilə etməyə davam edib.

2006553
Fransada polisin etirazçılara müdaxiləsi davam edir

Fransada gənc sürücünün polis tərəfindən öldürülməsindən sonra başlayan iğtişaşlarda polis gecə saatlarında etirazçılara müdaxilə etməyə davam edib.

Fransa mətbuatında yer alan xəbərə görə, paytaxt Paris ətrafında indiyədək 17 nəfər saxlanılıb.

Fransa İş Adamları və Sənayeçilər Assosiasiyasının (MEDEF) prezidenti Cefri Rouks de Bezieuks etirazların 1 milyard avrodan çox ziyana səbəb olduğunu bildirib.

Bu arada Fransa müxalifətinin tanınmış simalarından olan Mathilde Panot baş nazir Elizabet Bornun iğtişaşları müzakirə etmək üçün təşkil etdiyi toplantını suallara biganə qaldığını əsas gətirərək tərk edib.

Borne Baş Nazirlik binasında Parlamentdə təmsil olunan siyasi partiyaların liderləri ilə görüşüb.

Görüşdən sonra mətbuata açıqlamasında Borne görüşdə çox şeylərin müzakirə edildiyinə diqqət çəkib və nizam-intizamı dəstəkləmək və bərpa etmək üçün "seçilmişlər"lə razılaşdıqlarını qeyd edib.

Fransa mətbuatında yer alan xəbərə görə, “Baş Eyməyən Fransa (LFI) partiyasından olan Parlament Qrupunun sədr müavini Mathilde Panot suallarına biganə qalındığı üçün iclası tərk edib.

Xatırladaq ki, Fransa polisi iyunun 27-də Nanterredə 3 nəfərin olduğu avtomobilə atəş açaraq 17 yaşlı sürücü Nael M-ni öldürüb.

Naelin ölümünə reaksiya verənlər ölkənin müxtəlif şəhərlərində küçələrə çıxaraq polislə toqquşublar.

Gənci qətlə yetirən polis məmuru həbs edilib və məhbus kimi mühakimə olunub.

Bundan əlavə, Paris, Marsel və Lion kimi bir çox şəhərdə keçirilən etiraz aksiyaları zamanı qarət və talan baş verib, saat 21:00-dan etibarən 10 şəhərdə komendant saatı elan edilib.


Etiketlәr: #Nael , #Fransa

Әlaqәli Xәbәrlәr