BMT: "Bütün ölkələr mühacirlərə hörmət etməlidir"

Birləşmiş Millətlər Təşkilatı (BMT) Yunanıstan tərəfindən Türkiye ərazi sularına sıxışdırılan 84 mühacirlə bağlı "Bütün ölkələr mühacirlərə hörmət etməlidir" deyib.

2006665

BMT sözçünün müavini Farhan Haq gündəlik mətbuat konfransında mövzu ilə bağlı sualı cavablandırıb.

Yunanıstanın mühacirləri Türkiyenin ərazi sularına sıxışdırmasının beynəlxalq hüquqa zidd olub-olmaması ilə bağlı suala Haq bildirib ki, Cenevrə ofisi əsas məsələ ilə maraqlanıb.

"Bütün ölkələr mühacirlərə hörmət etməlidir. Mühacirlərin ləyaqətini və təhlükəsizliyini təmin edin", -deyə F.Haq vurğulayıb.

Qeyd edək ki, Türkiyenin Çanaqqala şəhərinin Ayvacık qəsəbəsi sahillərində Yunanıstan sahil mühafizəsi tərəfindən Türkiye ərazi sularına sıxışdırılan 84 qeyri-qanuni mühacir xilas edilərək quruya çıxarılıb.

Әlaqәli Xәbәrlәr