Antoniu Quterreş Antoni Blinkenlə görüşüb

BMT-nin Baş katibi Antoniu Quterreş ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.

1980377
Antoniu Quterreş Antoni Blinkenlə görüşüb

BMT-nin Baş katibi Antoniu Quterreş ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.

Yayılan məlumata görə,ikili görüşdə Sudandakı münaqişə, Əfqanıstanda mövcud vəziyyət və Rusiyanın Ukraynaya qarşı apardığı müharibə məsələləri müzakirə edilib.

A. Quterreş və E.Blinken görüşdə Sudanda baş verən münaqişənin tez zamanda dayandırılması və atəşkəsin kritik əhəmiyyəti haqqında fikir mübadiləsi aparıblar.

Baş katib eyni zamanda ABŞ rəsmisinə onun və BMT-nin digər yüksək səviyyəli nümayəndələrinin danışıqlarının ABŞ hakimiyyət orqanları tərəfindən dinləmə və müdaxilə obyekti olması barədə son xəbərlərlə bağlı narahatlığını dilə gətirib.



Әlaqәli Xәbәrlәr