Türkiyeyə yardımlar gəlməkdə davam edir

Fevralın 6-da Kahramanmaraşda baş verən və “əsrin fəlakəti” olaraq xarakterizə edilən və 11 vilayətə təsir edən zəlzələlərdən sonra dünyadan Türkiyeyə yardımlar gəlməkdə davam edir.

1950606
Türkiyeyə yardımlar gəlməkdə davam edir

Fevralın 6-da Kahramanmaraşda baş verən və “əsrin fəlakəti” olaraq xarakterizə edilən və 11 vilayətə təsir edən zəlzələlərdən sonra dünyadan Türkiyeyə yardımlar gəlməkdə davam edir.

Avropada türklərin qurduqları, Türkiyedə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları yaraların sağalması üçün yardım işlərini davam etdirir.

Bölgədəki 4 vəqf 25 min könüllü personalı ilə sahədədir.

Səyyar mətbəxlər, sobalar və yemək paylayan maşınlar ilə zəlzələdən zərər çəkənlərə xirmət göstərilir.

Şimali Makedoniyadakı iş adamları və qeyri-hökumət təşkilatları Türkiye üçün yardım toplamaqda davam edir.

Makedoniya Türkiye Ticarət Palatası 28 yük maşını (TIR) ilə yardım materialları və 250 min avro pul yardımı çatdırıldığını açıqlayıb.

Makedoniya Türk Qeyri-Hökümət  Təşkilatları Birliyi də kampaniya təşkil edərək 92 min avro yardım toplayıb.

Xorvatiyada da zəlzələ qurbanları üçün toplanan yardımın məbləği 583 min avroya çatıb.

Avstriyada məşhur türk modelyer Atıl Kurtoğlu zəlzələdən zərər çəkənlərə yardım tədbiri təşkil edib.

Modelyerin əsərlərinin satıldığı tədbirdən əldə olunan gəlir zəlzələ bölgəsinə göndəriləcək.

Zəlzələlərdən sonra Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) Keniyadakı ofisi Türkiye və Suriyadakı zəlzələ qurbanlarına çatdırılmaq üçün 280 ton humanitar yardım materialı göndərib.

Türkmənistanda "Qızıl Aypara" yardım təşkilatı da Kahramanmaraşdakı zəlzələ qurbanlarına 100 çarpayı və 60 qızdırıcı göndərib.



Әlaqәli Xәbәrlәr