Volodimir Zelenskinin Aİ sammitində iştirak etməsi nəzərdə tutulur

Avropa İttifaqına üzv ölkələrinin liderlərinin sabah keçiriləcək sammitində Ukrayna prezidenti Volodimir Zelenskinin iştirak etməsi gözlənilir.

1944047
Volodimir Zelenskinin Aİ sammitində iştirak etməsi nəzərdə tutulur

Avropa İttifaqına üzv ölkələrinin liderlərinin sabah keçiriləcək sammitində Ukrayna prezidenti Volodimir Zelenskinin iştirak etməsi nəzərdə tutulur.
Aİ mənbələri təhlükəsizlik səbəbindən Volodimir  Zelenskinin səfərini təsdiqləməyib, lakin belə bir səfərin mümkünlüyünü istisna etməyib.
Bundan əvvəl Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Volodimir Zelenskini Brüsselə dəvət etsə də, bu səfər baş tutmayıb.
Volodimir Zelenskinin sabahkı görüşdə Avropa İttifaqı ölkələrindən ağır silahlar kimi hərbi ləvazimatın artırılmasını xahiş edəcəyi bildirilib.
Qeyd edək ki, Aİ sammitində Zelenski ilə Ukraynaya ediləcək yardımla yanaşı rəsmi Kiyev ilə Ukraynanın Avropa İttifaqına tam hüquqlu üzvlüyü ilə bağlı müzakirələrin başlayıb-başlamayacağı ilə bağlı məsələ müzakirə olunacaq.
Sammitdə Rusiyanın müharibə səbəbindən dondurulmuş aktivlərindən Ukraynanın bərpası üçün istifadə imkanları da qiymətləndiriləcək. Sanksiyalar çərçivəsində Rusiyanın 300 milyard dollara yaxın aktivinin dondurulduğu təxmin edilir.
Müzakirə olunan varianta 300 milyard dollarlıq resursun yeni mexanizmlə idarə edilməsi və Ukraynaya veriləcək gəlirlərdən istifadə daxildir.



Әlaqәli Xәbәrlәr