Vyanada məscidə hücum edilib

Anti-islamçılığın artdığı Avstriyanın paytaxtı Vyanada məscidə hücum təşkil edilib.

1927319
Vyanada məscidə hücum edilib

TRT-nin yerli mənbələrə istinad etdiyi xəbərinə görə Vyananın Ottakrinq rayonundakı Fatih məscidinin giriş hissəsi yandırılıb. Polis istintaq başlatdığı hücumun kim və ya kimlər tərəfindən törədildiyi bilinmir.

Məscidin vandalizmin hədəfi olduğunu ifadə edən Avstriya İslam İcmasının rəhbəri Ümit Vural hadisənin dərhal aydınlaşdırılmasını gözlədiklərini bildirib.



Әlaqәli Xәbәrlәr