Volodimir Zelenski: ''Ukrayna heç vaxt təslim olmayacaq''

Ukrayna prezidenti Volodimir  Zelenski heç vaxt Rusiyaya təslim olmayacaqlarını bildirib.

1922114
Volodimir Zelenski: ''Ukrayna heç vaxt təslim olmayacaq''

Ukrayna prezidenti Volodimir  Zelenski heç vaxt Rusiyaya təslim olmayacaqlarını bildirib.
ABŞ Konqresində çıxış edən Volodimir Zelenski Konqres üzvlərinə müraciət edib.
Çıxışında fevralın 24-dən etibarən Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə toxunan Volodimir Zelenski deyib: "Mürəkkəb mənzərələrə baxmayaraq Ukrayna məğlub olmadı. Ukrayna yaşayır və Rusiyaya lazımi cavabı verir''.
Bu müharibədə amerikalıların və avropalıların da zəfər əldə etdiyini bildirən Zelenski deyib: “Bu səbəbdən avropalılar indi həmişəkindən daha güclüdür”. 

Rusları meydanda da məğlub etməli olduqlarını bildirən Volodimir Zelenski bildirib ki, bu mübarizə uşaqlarımız və nəvələrimizin necə bir dünyada yaşayacağına qərar verəcək.
Ukrayna əsgərlərinin mübarizəsini 1944-cü ildə Hitlerə qarşı döyüşən ABŞ əsgərlərinə bənzədən Volodimir Zelenski  deyib: “Ukrayna heç vaxt təslim olmayacaq”. 

Onlara verilən sursat dəstəyinin vacib olduğunu, lakin kifayət etmədiyini bildirən Volodimir Zelenski deyib:"Rusiya bu soyqırım siyasətində özünə müttəfiq tapıb. İran Rusiyaya infrastrukturumuzu təhdid edən yüzlərlə ölümcül pilotsuz təyyarə göndərib". 
Zelenski qeyd edib ki, onlar ABŞ prezidenti Co Bayden ilə Ukraynanın 10 maddəlik sülh formulası təkliflərini müzakirə ediblər.
"Gələcək onilliklər üçün ümumi təhlükəsizliyimizi təmin etmək üçün bunları həyata keçirməliyik'',-deyə Ukrayna lideri vurğulayıb.
Bu kontekstdə sülh sammiti təşkil etmək təklifi ilə çıxış etdiklərini bildirən Zelenski Baydenin də təklif etdikləri sülh təşəbbüsünü dəstəkləməsindən məmnun olduğunu bildirib.
Volodimir Zelenski həmçinin  Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.



Әlaqәli Xәbәrlәr