Co Bayden jurnalistlərə əhəmiyyətli bəyanatlar verib

Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putin Ukraynanı tərk edənə qədər münaqişənin həll olunmayacağını bildirib.

1905027
Co Bayden jurnalistlərə əhəmiyyətli bəyanatlar verib

Amerika Birləşmiş Ştatları prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putin Ukraynanı tərk edənə qədər münaqişənin həll olunmayacağını bildirib.
Co Bayden Şimali Afrika və Asiyaya səfər etməzdən əvvəl əhəmiyyətli bəyanatlar verib və jurnalistlərin suallarını cavablandırıb.
Çin prezidenti Si Cinpinlə görüşünün səmərəli olub-olmayacağı ilə bağlı sualı cavablandıran Co Bayden deyib: ''Keçirdiyim görüşlərin hər zaman səmərəli keçdiyinə inanıram''.
Co Bayden fevralın 24-dən etibarən davam edən Rusiya-Ukrayna müharibəsinin necə sona çatacağı ilə bağlı sualı cavablandıraraq deyib: ''Rusiya prezidenti Vladimir Putin Ukraynanı tərk edənə qədər münaqişənin həll olunmayacağını düşünürəm''.
Bu arada ABŞ Ukraynaya ''Avenger'' hava hücumundan müdafiə sistemi verəcək.
ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, prezident Baydenin göstərişi ilə ABŞ ordusunun inventarından Ukraynaya 400 milyon dollarlıq hərbi yardım edəcəklər.

Yardım paketində dörd ''Avenger'' hava hücumundan müdafiə sisteminin olduğunu qeyd edən Sinq  ABŞ-ın Ukraynaya 25-ci dəfə hərbi yardım etdiyini qvurğulayıb.



Әlaqәli Xәbәrlәr