Avropa Parlamenti Xorvatiyanın Şengen zonasına daxil edilməsini təsdiqləyib

Mövzu ilə bağlı parlamentdə hazırlanan hesabatın lehinə 534, əleyhinə isə  53 deputat səs verib.

1904863
Avropa Parlamenti Xorvatiyanın Şengen zonasına daxil edilməsini təsdiqləyib

Avropa Parlamenti (AP) Xorvatiyanın  Şengen zonasına daxil edilməsini təsdiqləyib.
Mövzu ilə bağlı parlamentdə hazırlanan hesabatın lehinə 534, əleyhinə isə  53 deputat səs verib. Beləliklə  Avropa Parlamenti Şengen ölkələri ilə Xorvatiya arasında daxili sərhəd nəzarətinin ləğvini təsdiqləyib.
Avropa Şurası dekabrın 9-da Xorvatiyanın Şengenə üzvlük şərtlərini yerinə yetirdiyi barədə qərar qəbul edib.
Parlament bu gün qəbul edilən hesabatda Avropa Şurasını prosesi davam etdirməyə və sərhəd nəzarətinin ləğvi ilə bağlı yekun qərarı verməyə çağırıb.
Məsələ ilə bağlı yekun qərarı Aİ ölkələrindən ibarət Aİ Şurası yekdilliklə qəbul etməlidir.
Hazırda Şengen zonasında 26 ölkə daxildir. Bunlara Bolqarıstan, Xorvatiya, Cənubi Kıbrıs Rum Rəhbərliyi,  İrlandiya və Rumıniya istisna olmaqla Aİ üzvləri və Aİ üzvü olmayan Norveç, İslandiya, İsveçrə və Lixtenşteyn daxildir. Bu ölkələr arasında vizasız səyahət rejimi var.
Avropa Parlamenti  Bolqarıstan və Rumıniyanın Şengen zonasına qəbul edilməsini dəstəkləyib.



Әlaqәli Xәbәrlәr