Uqandada məktəbdə yanğın, ölənlər var

Şərqi Afrika ölkəsi Uqandada məktəbdə baş verən yanğında aralarında uşaqların da olduğu 11 nəfər həyatını itirib.

1897233
Uqandada məktəbdə yanğın, ölənlər var

TRT xəbər verir  ki, Polis sözçüsü Luke Ovoyesigire hadisə ilə bağlı məlumat yayıb. Bildirib ki,  paytaxt Kampalaya yaxın ərazidə bir məktəbdə yanğın baş verib. Hadisə nəticəsində aralarında uşaqların da olduğu 11 nəfər həyatını itirib.

Qeyd edək ki, 2008-ci ildə  Kampalada  bir məktəb yanğınında 19 şagird həlak olmuşdu.

 



Әlaqәli Xәbәrlәr