Şimali Koreya bufer zonaları istiqamətində 250-yə yaxın artilleriya atəşi açıb

Şimali Koreya Sarı və Yapon dənizlərinə doğru təxminən 250 artilleriya mərmisi atıb.

1894675
Şimali Koreya bufer zonaları istiqamətində 250-yə yaxın artilleriya atəşi açıb

TRT-nin Cənubi Koreya KİV-lərinə istinadla verdiyi  xəbərə  görə  

Cənubi Koreyanın Birləşmiş Rəislər Qərargahı bildirib ki, Şimali Koreya çərşənbə axşamı saat 22:00 radələrində Sarı dənizə doğru 100-ə yaxın, saat 23:00-dan etibarən isə Yapon dənizinə doğru təxminən 150 artilleriya mərmi atıb.

Artilleriya atəşləri faktiki Koreyalararası dəniz sərhədinin şimalındakı şərq və qərb bufer zonalarına dəyib.

Oktyabrın 14-də də Şimali Koreya bufer zonalarına bir neçə yüz artilleriya zərbəsi endirib.

 



Әlaqәli Xәbәrlәr