Yens Stoltenberq: "Putinin nüvə təhlükəsini ciddi qəbul edirik"

NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyans dövlətlərinin müdafiə nazirlərinin ikigünlük görüşünün yekunlarına dair mətbuat konfransı keçirib.

1892612
Yens Stoltenberq: "Putinin nüvə təhlükəsini ciddi qəbul edirik"

“Nüvə silahından istifadə (Rusiya-Ukrayna) münaqişəsinin mahiyyətini əsaslı şəkildə dəyişəcək, ciddi nəticələrə səbəb olacaq”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə alyans dövlətlərinin müdafiə nazirlərinin ikigünlük görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

Müttəfiqlərin Nüvə Planlaşdırma Qrupunun növbəti toplantısına qatıldığını bildirən Stoltenberq bu mövzuda məsləhətləşmə və koordinasiyanın vacibliyinə diqqət çəkib. 

"Putinin nüvə ritorikası təhlükəli və məsuliyyətsizdir. Putinin nüvə təhlükəsini ciddi qəbul edirik. Biz çəkinmirik. Nüvə silahından istifadə münaqişənin mahiyyətini kökündən dəyişəcək və ciddi nəticələrə gətirib çıxaracaq", - deyə Stoltenberq qeyd edib.

Stoltenberq NATO-nun Rusiyanın nüvə silahından istifadəsinə eyni cür cavab verib-verməyəcəyi sualına “NATO-nun nüvə silahından istifadə etmək məcburiyyətində qala biləcəyi şərtlər çox uzaqdır” cavabını verib.



Әlaqәli Xәbәrlәr