Hindistanda minlərlə fermer yenidən küçələrə çıxdı

“The İndian Express” qəzetinin xəbərinə görə...

1871003
Hindistanda minlərlə fermer yenidən küçələrə çıxdı

 

  Hindistanda minlərlə fermer uzun fasilədən sonra minimum dəstək haqqı tələbi ilə yenidən küçələrə çıxıb.

  “The İndian Express” qəzetinin xəbərinə görə, Yeni Dehlidə toplaşan etirazçılar hökumətin yerinə yetirilməmiş vədlərinə qarşı barrikadaları aşaraq və baş nazir Narendra Modi əleyhinə şüarlar səsləndiriblər.

  Hindistan Fermerlər Birliyinin (BKU) sədri Caqcit Sinqh Dalleval (Jagjeet Singh Dallewal) paytaxt Yeni Dehlidə fermerlərin təşkil etdiyi etirazlara polisin müdaxilə etdiyini söyləyərək deyib: “Məhsul yetişdirmək üçün minimum dəstək haqqı tələb edən fermerlərin polis tərəfindən qarşısı alınıb. Aksiya bir günlük olub. Paytaxta nəqliyyat vasitələri buraxılmayıb”.

  Polis aksiyalarda Pəncab və Haryana əyalətlərindən 5 min fermerin iştirak etdiyini bildirib.

  Etiraz edən fermerlərdən bir neçəsi nəzarətə alınıb.



Әlaqәli Xәbәrlәr