İsrail qüvvәlәrinin sәrt müdaxilәsi nәticәsindә bir fәlәstinli ölüb

İşğal altındakı İordan çayının qәrb sahilindәki Kalkilya şәhәrindә İsrail qüvvәlәrinin açdığı atәş nәticәsindә bir fәlәstinli ölüb.

1820866
İsrail qüvvәlәrinin sәrt müdaxilәsi nәticәsindә bir fәlәstinli ölüb

İşğal altındakı İordan çayının qәrb sahilindәki Kalkilya şәhәrindә İsrail qüvvәlәrinin açdığı atәş nәticәsindә bir fәlәstinli ölüb.

Bu barәdә yerli mәtbuat orqanları mәlumat yayıb. Mәlumata görә, İsrail qüvvәlәri gecә saatlarında Kalkilyanın şәrqindәki Azzun bölgәsinә basqın tәşkil edib. Basqın zamanı İsrail qüvvәlәri ilә fәlәstinlilәr arasında qarşıdurma yaşanıb. İsrail qüvvәlәri fәlәstinlilәrә hәqiqi güllә vә qözyaşardıcı qazla müdaxilә edib.

Fәlәstin Sәhiyyә Nazirliyinin verdiyi yazılı açıqlamada 27 yaşlı fәlәstinli Yahya Udvanın açılan atәş nәticәsindә hәyatını itirdiyi açıqlanıb.



Әlaqәli Xәbәrlәr